Bu gecə UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.
QOL.az xəbər verir ki, yarımfinalın hər iki cavab matçı eyni gündə oynanılacaq.
"Mançester Yunayted" 1 həftə əvvəl 3 cavabsız qol vurduğu "Atletik"i qəbul edəcək. "Tottenhem" isə ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi "Budo-Qlimt"in qonağı olacaq. Matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 21-də Bilbaodakı "San Mames Stadium"da keçiriləcək.
8 may
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya)
Hakimlər: Daniel Siebert, Yan Seldel, Rafael Foltin, Tobias Stieler (Almaniya)
VAR: Kristian Dinqert (Almaniya)
AVAR: Sören Storks (Almaniya)
İlk oyun - 3:0
23:00. "Budo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
Hakimlər: Mauritsio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Matteo Marçetti (İtaliya)
VAR: Marko di Bello (İtaliya)
AVAR: Maykıl Fabbri (İtaliya)
İlk oyun - 1:3