RU

Tramp Britaniya ilə ticarət sazişini elan etməyə hazırlaşır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bu cümə axşamı Böyük Britaniya iləyeni ticarət sazişini elan etməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə məlumatı “New York Times” (NYT) çərşənbə günü özmənbələrinə istinadən yayıb.

Bildirilir ki, bu, Vaşinqtonun tarif tətbiqlərindən sonraimzalayacağı ilk ticarət razılaşması olacaq. Sazişin təfərrüatlarıhələ açıqlanmayıb, lakin NYT-nin məlumatına görə, ilkin mərhələdətərəflər çərçivə razılaşmasını təqdim edəcək, daha sonra yekunşərtlər üzərində danışıqlar davam etdiriləcək.

Bundan əlavə, ABŞ İsrail və Hindistanla da ticarətrazılaşmalarına yaxın olduğunu bildirir. Həmçinin, Vyetnam, CənubiKoreya və Yaponiya ilə də müzakirələr aparılır.

Donald Tramp daha əvvəl cümə axşamı üçün “böyük və əhəmiyyətli”bir mətbuat konfransı elan edib. Onun sözlərinə görə, bu tədbir“böyük və çox hörmətli bir ölkə” ilə əldə olunan mühüm ticarətrazılaşmasına həsr olunacaq. Tramp həmin ölkənin adınıaçıqlamayıb.

Xatırladaq ki, “Financial Times”ın mayın 6-da yaydığı məlumataəsasən, ABŞ və Britaniya bu həftə Britaniya istehsalı avtomobillərəvə polad məhsullarına tətbiq olunan tariflərin azaldılması iləbağlı razılıq əldə etməyi planlaşdırır.

Избранный
0
50
az.trend.az

10Источники