RU

Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21012” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
9
anews.az

10Источники