RU

Konklav ilk turda yeni Roma Papasını seçə bilmədi

Sikstin kapellasının bacasından çıxan qara tüstü konklavın ilk səsvermə turunda Roma Papasını seçə bilmədiyini göstərib.


News365.az xəbər verir ki, bu barədə “Vatikan Nyus” nəşri məlumat yayıb.


Səsvermə raundları sabah keçiriləcək və qərar qəbul edilənədək davam edəcək.


Qeyd edək ki, kardinallar yeni Papa seçilənə qədər xarici dünya ilə əlaqə saxlamayacaqlar.


Bu gün 80 yaşadək 133 kardinal konklavın – Roma Katolik Kilsəsinin yeni başçısının seçiləcəyi qapalı kardinal məclisin keçirildiyi Sikstin kapellasına daxil olub.

Избранный
0
1
news365.az

2Источники