RU

ABŞ-da iki il ərzində üç dəfə evlənən kişi çoxarvadlılığa görə həbs edildi

ABŞ-da bir kişi eyni anda üç qadınla evləndiyi üçün həbs edilib. 

HİT.az bu barədə "ABC Action News"a istinadən xəbər verir.

Henri Betsey Jr. üç qadınla tanış olub və iki il ərzində onların hər biri ilə evlənib. Evliliklər Florida əyaləti daxilində reallaşdıb, ancaq üç fərqli mahalda edilən müraciətlər haqqında məlumat paylaşılıb. Mişel 23 noyabr 2022-ci ildə Hernando dairəsində Henri ilə evlənib. O, Henri ilə tez bir zamanda yaxınlaşdıqlarını və tanış olduqlarından üç həftə sonra mahal məhkəməsində evləndiklərini söyləyib. Bu zaman kişi artıq Brandi və Tonya ilə evli olub, hər üç qadın bir-birinin varlığından xəbərsiz olaraq onun soyadını götürüblər.

Keçən il birinci arvadı təsadüfən onun digər evliliklərini aşkar etdikdən sonra çoxarvadlılığa görə həbs olunmuşdu. Qadın Brendi və Mişeli tapıb və üçü polisə gedib. İndi qadınlar bir ştatda bu qədər nikahın baş tutmasına imkan verən sarsıntılı bürokratik sistemdən əziyyət çəkdiklərini deyirlər.

Henrinin səbəbləri naməlum olaraq qalır, lakin keçmiş həya yoldaşları onun pulları üçün onları istədiyinə əmindirlər. Onların hər biri ilə ortaq bank hesabı açıb və görünür, əmlakı bölüşdürməyə ümid edib. Kişi günahını etiraf etməyib və bu yaxınlarda keçmiş arvadları onun profilini başqa bir tanışlıq proqramında tapıblar.

Samir

Избранный
0
1
hit.az

2Источники