RU

"Çempionlar" turniri daha iki medal

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar" turniri davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış günündə daha 3 çəkidə qaliblər bəlli olub.

Döşək üzərinə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz çıxıblar. 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

Qeyd edək ki, yığmamz ilk gündə iki medal qazanıb.

İdman.biz

Избранный
0
16
idman.biz

10Источники