RU

Putin Ramzan Kadırovla görüşdü – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib. Kremlin yaydığı məlumata görə, görüş zamanı respublikanın sosial-iqtisadi inkişafı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Ramzan Kadırov Çeçenistanda infrastruktur layihələrinin gedişi, o cümlədən yeni məktəb, xəstəxana və yol layihələrinin icrası barədə Putinə məlumat verib. Prezident bu istiqamətdə aparılan işləri müsbət qiymətləndirib.

Həmçinin görüşdə Çeçenistan gənclərinin orduya çağırışı, Rusiya Silahlı Qüvvələrində xidməti və Ukrayna cəbhəsində iştirak edən çeçen döyüşçülərin durumu da qısa müzakirə olunub.

Putin Kadırova regionda sabitliyin və idarəçiliyin qorunub saxlanması üçün təşəkkür edib.

Избранный
0
konkret.az

1Источники