RU

Polşa özbək gəncləri üçün xüsusi imkanlar yaradıb



"Polşada hazırda işçi qüvvəsinə tələbat yüksəkdir. Ona görə də biz 25 yaşınadək özbək gəncləri üçün xüsusi güzəştlər yaratmışıq. Təhsil almaqla bərabər heç bir maneə olmadan işləmək onlar üçün mümkündür. Biz belə imkanları daha da genişləndirə bilərik".

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu Özbəkistanda səfərdə olan Polşa Senatının sədr müavini Mixal Kaminski Səmərqənd vilayət qubernatorunun müavini Rüstəm Qobilovla görüşündə deyib.

Söhbət zamanı ali təhsil, əmək miqrasiyası, tibb, turizm sahələrində əməkdaşlığın perspektivləri ətraflı müzakirə edilib, tərəflər öz təşəbbüslərini bildiriblər. Gələcəkdə orta ixtisas mərkəzlərində hazırlanan mütəxəssislər üçün polyak dilinin tədrisi üzrə birgə təlim kurslarının təşkili təklifi irəli sürülüb.

Süleyman
Избранный
0
newscenter.az

1Источники