Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havaca Asif "Geo News" telekanalına açıqlamasında bildirib.
"Əgər onlar (Hindistan hökuməti - red.) regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər", - o deyib.
Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.
Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.