
ABŞ Maliyyə Naziri Scott Bessent Çinlə tarif danışıqlarının şənbə günü başlayacağını açıqlayıb. Bessent bildirib ki, Çinlə danışıqları özü və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri aparacaq.
Bessent ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmədə çıxış edib.
Hansı ölkələrlə ticarət müqaviləsi imzalamağa yaxın olduqları ilə bağlı sualı cavablandıran Bessent, danışıqların hələ də davam etdiyinə diqqət çəkərək, bunun ABŞ-ın xeyrinə olmayacağını və potensial razılaşmaları təhlükə altına sala biləcəyini bildirib.
Bessent, təfərrüatları açıqlaya bilməyəcəyini, lakin ABŞ-ın əsas ticarət tərəfdaşları ilə danışıqların davam etdiyini söyləyib.
ABŞ-ın Çinlə tarif müzakirələri ilə bağlı sualı cavablandıran Bessent, "İsveçrəyə gedəcəyəm və danışıqlar şənbə günü başlayacaq" deyib.
Bessent bildirib ki, Çinlə danışıqları özü və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri aparacaq.