RU

Azərbaycanda nazir təyin olunan şəxs 1 gün sonra vəzifəsindən azad edilib?

Mayın 6-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Kazım Hüseynəliyevin yeni iqtisadiyyat naziri təyin olunması haqqında qərar qəbul edilib.

 

Bundan sonra məlumat yayılıb ki, onun sözügedən vəzifədə qalması yalnız bir gün çəkib. Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb. Səsləndirilən iddialara cavab almaq üçün Oxu.Az Naxçıvan MR Ali Məclisi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir:

 

"Sessiya iclasında yeni nazir təyinatı ilə bağlı qərar imzalanıb. Onun vəzifədən çıxarılması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Sözügedən təyinat ilə bağlı qərar rəsmi saytımızda yerləşdiriləcək".

Tarix: 7 May 2025, 20:13   
Избранный
0
1
pravda.az

2Источники