"İnter" - "Barselona" oyununun hakimi "Real" azarkeşi olmaqda günahlandırılır.
Milli.Az xəbər verir, Kataloniya təmsilçisinin azarkeşləri Çempionlar Liqasında yarımfinal məğlubiyyətini həzm edə bilmir. Tərəfdarlar matçın referisi Şimon Marsinyakın 2 il əvvəl "Real Madrid" klubunun loqosu olduğu çantanın yanında çəkdirdiyi şəkli yayımlayıblar. Azarkeşlər polşalı hakimin qərarlarından acıqlıdırlar.
Qeyd edək ki, "Barselona"ya qarşı ilk oyunda 3:3 hesablı heç-heçə edən "İnter" ötən gecə Kataloniya təmsilçisi üzərində 4:3 hesablı qələbə qazanaraq finala yüksəliblər. (Offsideplus.az)
Milli.Az