RU

Azərbaycan və Vyetnam arasında əməkdaşlıqda yeni üfüqlər -VİDEO

Beynəlxalq münasibətlər sisteminin nüfuzlu oyunçusu kimi Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bu ölkələr sırasında coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Vyetnam Sosialist Respublikası da yer alır. İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub və ötən dövr ərzində tərəflər arasında ümumi maraqlara söykənən dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurulub. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb.

Redaktor.az AZƏRTAC-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

Избранный
0
3
redaktor.az

4Источники