RU

İşçini 24 saat işlədən şirkət CƏRİMƏLƏNDİ

Avstraliyada bir şirkət, gənc bir əməkdaşı 24 saat fasiləsiz işləməyə məcbur etdiyinə görə 33 min dollar cərimələnib. 

News24.az xəbər verir ki, bu barədə LADBible məlumat yayıb.

Melburnda yerləşən hüquq firması Erudite Legal, ölkənin əmək qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, şirkət gənc qadın əməkdaşı 24 saatlıq iş növbələrinə məcbur edib və üç həftəlik iş müddətində ona 8000 dollar əmək haqqı ödəməyib.

Qadın gündəlik 12-18 saat işləməyə məcbur qalıb, iki dəfə isə heç bir fasilə olmadan tam 24 saat çalışıb. Şirkətin sahibi Şiveş Kuksal, belə “marafonlardan” sonra işçiyə yalnız bir neçə saat istirahət imkanı verirmiş.

Məhkəmənin xüsusilə narazı qaldığı hallardan biri də işçinin gecə növbələri arasında ofis meneceri ilə otel otağını paylaşmağa məcbur edilməsi olub. Kuksal bununla da kifayətlənməyərək, işçidən 14 saatlıq iş növbəsindən sonra gecə saat 3-də “Möcüzə” filminə baxmasını tələb edib və izləməni mesajla nəzarətdə saxlayıb.

225 saatlıq iş üçün firmadan yalnız 1000 dollar ödəniş alınıb – bu da saatda 5 dollardan az məvacib deməkdir.

Məhkəmə qeyd edib ki, şirkət işçinin vaxtını tam ələ keçirib, onu ailəsindən və sosial həyatından təcrid edib. Bu davranış işçinin səhhətində mövcud olan problemləri daha da ağırlaşdırıb və ağır xəstə anasına qulluq etməsinə mane olub.

Erudite Legal məhkəmənin qərarına baxmayaraq nə kompensasiyanı ödəyib, nə də məhkəmə prosesində müdafiə tərəfi təqdim edib. Hakim bu davranışı “heyrətləndirici dərəcədə peşmanlıq hissindən uzaq” olaraq dəyərləndirib.


Məryəm İlhamqızı


Избранный
0
news24.az

1Источники