RU

“Sabah” – “Neftçi”: 5-ci oyunun vaxtı açıqlanıb

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasının 5-ci oyununun vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Sabah”la “Neftçi” arasında 5-ci qarşılaşma mayın 11-də keçiriləcək. Bakı İdman Sarayındakı görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, 3 oyundan sonra “Sabah” seriyada 2:1 hesabı ilə öndədir. 4-cü görüş sabah baş tutacaq. Bakı İdman Sarayındakı matç saat 19:00-da başlayacaq.

İdman.biz

Məqalədə:
Избранный
0
2
idman.biz

3Источники