AZ

Final seriyasının sonuncu oyununun vaxtı AÇIQLANDI

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasının 5-ci oyununun vaxtı bəlli olub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Sabah”la “Neftçi” arasında 5-ci qarşılaşma mayın 11-də keçiriləcək. Bakı İdman Sarayındakı görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, 3 oyundan sonra “Sabah” seriyada 2:1 hesabı ilə öndədir. 4-cü görüş sabah baş tutacaq. Bakı İdman Sarayındakı matç saat 19:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr