RU

Misli Premyer Liqasında “Top-7”

Misli Premyer Liqasının 2024/25 mövsümünün sonuna 3 tur qalıb.

İdman.biz xəbər verir ki, yalnız 7 futbolçu arxada qalan 33 turun hamısında iştirak edib.

“Şamaxı”da 3 belə oyunçu var. Arsen Ağcabəyov, Rikardo Fernandes və Rüfət Abbasov bütün matçlarda şans qazanıblar. Digər 4 futbolçu fərqli klubları təmsil edir. Bernardo Dias (“Araz-Naxçıvan”), Ehtiram Şahverdiyev (“Kəpəz”), Leandro Andrade (“Qarabağ”) və Cesse Sekidika (“Sabah”) 33 qarşılaşmada da forma geyinib.

Bu futbolçulardan yalnız biri əvəzolunmazdır. “Şamaxı”nın qapıçısı Rikardo bütün görüşlərdə 90 dəqiqə meydanda olub. O, ümumilikdə 2970 dəqiqə forma geyinib.

Qeyd edək ki, cari mövsümdə 282 futbolçu iştirak edib.

Vüqar Xeyrullayev
İdman.biz

Избранный
0
idman.biz

1Источники