RU

Azərbaycan karateçilərinin də qatılacağı yarış - 67 ölkədən 383 idmançı

Dünya Karate Federasiyası (WKF) Azərbaycan komandasının iştirakı ilə Mərakeşin Rabat şəhərində keçiriləcək Premyer Liqanın sonuncu mərhələsinin ilkin rəqəmlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, yarışda 67 ölkədən 383 idmançı çıxış edəcək.

Komandamız turnirdə dörd idmançı ilə təmsil olunacaq: üçqat dünya çempionu İrina Zaretska (68 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev və Rəşid Süleymanov (hər ikisi 75 kq).

Qeyd edək ki, Rabatda mayın 30-dan iyunun 1-dək keçiriləcək yarışın nəticələri bütün kateqoriyalar üzrə "Grand Winner" titulunun sahiblərini müəyyənləşdirəcək.

İdman.biz

Избранный
0
idman.biz

1Источники