RU

Britaniya İsrailə uçuşları daha bir ay təxirə salıb

Bu barədə şirkət bəyanat yayıb. Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin Yəməndə yerləşən Səna Beynəlxalq Hava Limanını bombalamasına cavabən husilərin də İsraildəki Ben-Qurion Hava Limanını raket hücumu həyata keçirmələri riski mövcuddur.

"Regiondakı vəziyyəti mütəmadi izləyirik. 14 iyun tarixinədək Təl-Əvivə və əksinə uçuşlarımızı dayandırmaq qərarına gəldik. Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi daima prioritetimizdir",- bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az
Избранный
0
azvision.az

1Источники