RU

Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı

Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.

İdman.biz

Избранный
0
9
idman.biz

10Источники