Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə hərbi bölgəyə çırpılıb.
News24.az YLE agentliyinə istinadən xəbər verir ki, Finlandiya Hərbi Hava Qüvvələrinin sosial media platforması X hesabında məsələ ilə bağlı yazılı açıqlama verilib.
Məlumata görə, yerli vaxtla saat 11:00 radələrində "F/A-18 Hornet" tipli döyüş təyyarəsinin Rovaniemi hava limanı yaxınlığındakı hərbi bölgəyə çırpıldığı bildirilib.
Pilotun sağ-salamat təyyarədən atıldığı və əlavə müayinə üçün xəstəxanaya aparıldığı paylaşılıb.
Açıqlamada qəza yerində xəsarət alan olmadığı bildirilib.
Qəzadan sonra əraziyə polis və axtarış-xilasetmə qrupları göndərilib, hadisənin ətrafı polis tərəfindən müvəqqəti olaraq bağlanıb.
Günel Məlikzadə