RU

Qardaşlardan bəd xəbər gəldi: "Old Trafford"da meydana çıxmayacaqlar

“Mançester Yunayted”lə Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atletik” (Bilbao) iki əsas oyunçusunun xidmətindən məhrum olacaq.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İnyaki Uilyamsın dizaltı vətərində zədə aşkarlanıb. Qardaşı Niko Uilyamsın oyunu niyə buraxacağının səbəbi isə açıqlanmır – futbolçu sadəcə matçın iştirak ərizəsinə salınmayıb.

Qarşılaşma sabah, may 8-də, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda keçiriləcək. İlk oyunda Amorimin komandası 3:0 hesablı qələbə qazanıb.

Избранный
0
publika.az

1Источники