RU

AİB su ehtiyatlarının səmərəli idarə edilməsi üçün peyk texnologiyalarından istifadədə Azərbaycana dəstək göstərəcək

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) su ehtiyatlarının daha səmərəli idarəedilməsi üçün peyk texnologiyalarından istifadədə Azərbaycanadəstək göstərəcək.

Bunu Trend-ə Asiyaİnkişaf Bankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbiiresurslar və aqrar inkişaf üzrə departamentinin direktoru YasminSiddiqi AİB 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdəTrendin Milana ezam olunmuş xüsusi müxbirinin verdiyu sualacavabında deyib.

“Əslində, ötən il COP29 çərçivəsində ‘Buzlaqlardan fermalarakimi’ təşəbbüsü işə salınıb. Biz Kür çayı hövzəsində - bu çayAzərbaycan ərazisindən də keçir - buzlaqlarla bağlı risklərintəhlilini aparmışıq. Buzlaqları, qar örtüyünü və iqlimdəyişikliyinin onların əriməsinə təsirini, eləcə də bunun ölkəninsu ehtiyatlarına necə təsir göstərə biləcəyini araşdırdıq. Bu iş buyaxınlarda bizim qlasioloqlar tərəfindən başa çatdırılıb”, - deyəSiddiqi bildirib.

Siddiqi “Buzlaqlardan fermalara kimi” təşəbbüsünün Yaşıl iqlimfondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriliyinixatırladıb.

“Bu, Mərkəzi Asiya və Qafqaz regionlarında ilk regionaltəşəbbüsdür və bu səbəbdən bizim üçün xüsusi önəm daşıyır. AİB-inAzərbaycanla uzunmüddətli əməkdaşlıq tarixi var. İndiyədək bizimdəstəyimiz infrastruktur layihələrindən tutmuş siyasət və büdcədəstəyinə qədər geniş sahələri əhatə edib. Biz sevinirik ki, butəşəbbüs hökumətlə birlikdə su ehtiyatlarının idarə olunması,suvarma və çay hövzələrinin idarə olunması sahəsində ilk birgətəşəbbüs olacaq”, - deyə o əlavə edib.

Siddiqi cari ilin yanvar ayında Azərbaycana səfər etdiyini vəDövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri ilə görüşlərkeçirdiyini xatırladıb. Həmin görüşlərin gedişində hökumətin, Yaşılİqlim Fondu və AİB dəstəyi ilə həyata keçirə biləcəyi potensiallayihələr müzakirə olunub.

“Məsələn, hökumət AİB-in fermer təsərrüfatlarında suvarmasəmərəliliyinin artırılması istiqamətində dəstək verməsindəmaraqlıdır. Azərbaycanda fermerlər kiçik torpaq sahələrindəişləyirlər və hökumət bu sahələrin konsolidasiyasına yardımgöstərilməsi məsələsinə baxmağımızı xahiş edib. Bu, məhsuldarlığınvə effektivliyin artmasına kömək edəcək. Bizdən həmçinin suyunbirbaşa bitki köklərinə çatdırılmasına imkan verən daha səmərəlisuvarma sistemləri kimi müasir texnologiyaların tətbiqiistənilib.

Hökumət AİB-in bu cür texnoloji həlləri təqdim etməsində və çayhövzələrinin idarə olunması sahəsində strategiya və siyasətinhazırlanmasına dəstək göstərməsində maraqlıdır. Bu gün peykməlumatları və məsafədən müşahidə texnologiyaları vasitəsiləyerində ölçmə aparmadan monitorinq mümkün olur. Biz bu imkanlardanistifadə edə və hökumətə bu cür məlumatlar təqdim edə bilərik,” –deyə Siddiqi yekunlaşdırıb.

Məqalədə:
Избранный
0
1
az.trend.az

2Источники