RU

Çempionlar Liqasını qazanmış italiyalı baş məşqçilər - İnzagi 8-ci ola bilər - SİYAHI

BAKI, 7 may. TELEQRAF

İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzagi Çempionlar Liqasını (ÇL) bu vəzifədə qazanan səkkizinci italiyalı ola bilər

Teleqraf xəbər verir ki, 49 yaşlı mütəxəssisin komandası 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasını qazanacağı təqdirdə, buna nail olacaq.

İndiyə qədər bu nüfuzlu turnirdə qalib gəlmiş italiyalı baş məşqçilər aşağıdakılardır:

— Nereo Rokko, “Milan”ı 1963 və 1969-cu illərdə Avropa Çempionlar Kubokunun qalibi edib;

— Covanni Trapattoni, 1984/1985 mövsümündə “Yuventus”la turniri qazanıb;

— Arriqo Sakki, “Milan”la 1989 və 1990-cu illərdə ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb;

— Fabio Kapello, “Milan"la 1993/1994 mövsümündə qalib olub;

— Marçello Lippi, “Yuventus”la 1995/1996 mövsümündə qalib adını qazanıb;

— Roberto Di Matteo, 2011/2012 mövsümündə “Çelsi” ilə kuboka sahib çıxıb;

— Karlo Ançelotti, ümumilikdə beş dəfə bu titula yiyələnib. Bunlardan ikisi “Milan”la (2003, 2007), üçü isə “Real Madrid”lə (2014, 2022, 2024) olub.

Xatırladaq ki, “İnter” yarımfinalda “Barselona”ya qarşı iki oyunun nəticəsinə görə ümumi hesabla 7:6 (ilk oyun: 3:3, cavab oyunu: 4:3, əlavə vaxtda) üstün olub.

Избранный
0
teleqraf.com

1Источники