RU

Bu idarə 6 günə 23 milyonluq layihə imzalanıb

Təhsil Nazirliyi məktəblər üçün 23 milyon manatlıq tenderlər elan edib.

Valyuta.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində müxtəlif istiqamətli işlərin həyata keçirilməsi üçün bir neçə tender elan olunub. 

Elanlardan biri “maşın və avadanlıqlar” xərc maddəsi üzrə müxtəlif malların alınması ilə bağlıdır. Bu layihə üçün 7 milyon 856 min 871 manat məbləğ ayrılıb. Təkliflərin son təqdimetmə tarixi 5 iyun kimi göstərilib.

Eyni tarixdə sanitar-gigiyena xidmətlərinin deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satın alınması ilə bağlı daha bir tender elan olunub. Bu xidmətlərin təxmini dəyəri 5 milyon 917 min 387 manatdır.

İdarə may ayının ilk həftəsində daha bir müqavilə imzalayıb. Bu satınalma, bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınması və quraşdırılması işlərini əhatə edir. Bu müqavilənin dəyəri isə 9 milyon 310 min 422 manat təşkil edir.

Hazırda bütün tenderlər üzrə proseslər davam edir. Hər üç tender üçün təkliflərin son təqdim olunma tarixi iyunun 6-sı təqdim olunub. 

Qeyd edək ki, qeyd olunan üç tenderin ümumi məbləği 23 milyon 84 min 682 manat təşkil edib. Layihələrin qanuni təmsilçisi Mirzəliyev Valeh Taleh oğludur. Tenderlər dövlət qeydiyyatına alınıb.

Sərvanə Rəmixanova

Избранный
0
valyuta.az

1Источники