RU

Yamal: "Çempionlar Liqasını qazanana qədər dayanmayacağıq"

"Barselona"nın gənc futbolçusu Lamin Yamal məğlub olduqları "İnter" oyunu haqda danışıb.

"Barselona"nın gənc hücumçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "İnter"ə əlavə vaxtda 3:4 hesabı ilə məğlub olduqları görüşdən sonra azarkeşlərə müraciət edib.

Operativ Media xəbər verir ki, Yamal, bu mövsüm məqsədlərinə çata bilməsələr də, dayanmadan mübarizəni davam etdirəcəklərini bildirib.

"Biz əlimizdən gələni etdik. Bu il alınmadı, amma qayıdacağıq, buna heç bir şübhəniz olmasın. "Barselona"nı aid olduğu yerə, ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacağam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm".

Gənc futbolçu həmçinin qarşıda onları gözləyən vacib oyuna da diqqət çəkib:

"Amma bazar günü hələ bir finalımız var.  La Liqada “Real Madrid”ə qarşı oynayacağıq".

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasında mübarizəni dayandırıb. "İnter" isə Çempionlar Liqasının finalında PSJ – "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, ilk oyunda PSJ 1:0 hesabı ilə qalib gəlib.

Избранный
0
operativmedia.az

1Источники