Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefonla danışıb.
Teleqraf xəbər verir ki, H.Fidan Pakistan və Hindistan arasında baş verən son hadisələr fonunda İslamabada dəstəyini ifadə edib.
Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Nəticədə azı 2 nəfər ölüb, onlarla yaralı var.