AZ

Türkiyədən Pakistana SİYASİ DƏSTƏK

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın baş nazirinin müavini İshaq Dara telefonla zəng edərək Hindistanın ölkə ərazisinə endirdiyi raket və artilleriya zərbələrindən sonra regional təhlükəsizlik vəziyyətinin pisləşməsindən ciddi narahatlığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Samaa" TV məlumat yayıb.

Türkiyə Hindistanın Pakistana qarşı əsassız təcavüzünü qətiyyətlə pisləyib, Cənubi Asiyada artan gərginlik fonunda tam həmrəylik nümayiş etdirib və sakitliyə çağırıb.

Türkiyə xarici işlər naziri hökumətinin Pakistanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini çatdırıb.

“Biz Pakistanda vəziyyətin gərginləşməsi və günahsız insanların faciəli şəkildə həlak olmasından dərin narahatıq”, - deyə Fidan bildirib.

İki lider inkişaf edən vəziyyəti müzakirə edib və yaxın günlərdə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər. Onlar regional sabitliyin vacibliyini vurğulayıblar və gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıblar.

Türkiyənin Pakistandakı səfiri baş nazirin müavini Dar ilə təcili görüş keçirib. Görüş zamanı səfir Hindistanın zərbələrini pisləyib və mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib. O, Türkiyənin Pakistana dəstəyini bir daha təsdiqləyib və Pakistanın hava məkanının pozulması və insan tələfatına beynəlxalq diqqətin lazım olduğunu vurğulayıb.

Seçilən
0
1
publika.az

10Mənbələr