RU

Rəhbərlik futbolçularla görüşdü, yalanı üzə çıxan baş məşqçi hamının yanında pərt oldu!

«Mingəçevir»i himayəsinə götürmüş ASTA-nın rəsmiləri baş məşqçi Füzuli Məmmədovun yalanını üzə çıxarıb.

Hadisə sponsor şirkətin nümayəndələrinin komanda ilə görüşü zamanı baş verib.

Belə ki, futbolçular I Liqanın ötən turlarında qazandıqları qələbələrə görə mükafat almadıqlarını bildirib.

Onlar bu vəziyyətə etiraz edərək, vəd olunan məbləğin ödənilməsini istəyiblər. Bu zaman bəlli olub ki, F.Məmmədov rəhbərliyin adından oyunçulara 100-200 manat məbləğində «ənam» söz verib.

Kollektiv üzvlərinin söylədikləri ASTA-nın mənsublarını şoka salıb. Nümayəndələr üzünü baş məşqçiyə tutaraq, «bizə sənə nə vaxt mükafat demişik» deyə, sual edib.

O isə qorxa-qorxa «xeyir» cavabı verib. Yalanının üstünün açılmasını görən sükançı daha heç nə danışmayıb, pərt halda başını aşağı salıb.

ASTA-nın elçiləri futbolçuların diqqətinə çatdırıb ki, qarşıya qoyulan məqsəd «Mingəçevir»i I Liqada saxlamaqdır.

Amma bunun qarşılığında komandaya heç bir əlavə ödəniş və bonus ayrılması nəzərdə tutulmayıb:

«Biz bunu Füzuliyə birinci gündən demişik ki, mükafat olmayacaq. O, sizə mükafat vəd edibsə, qoy, gedib özü də həmin pulu versin».

SPORTİNFO.AZ

Избранный
0
sportinfo.az

1Источники