RU

Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisində

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldunun oğlu 15 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinə dəvət alıb.

Msport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kriştianu Junior Xorvatiyada Vlatko Markoviç turnirində iştirak etməyə hazırlaşır.

Turnirdə Portuqaliya yığması İngiltərə, Yaponiya, Yunanıstan və adı açıqlanmayan başqa bir komanda ilə qarşılaşacaq. Turnir mayın 13-dən 18-dək keçiriləcək.

Ronaldu Juniorun 14 yaşı var və “Əl-Nasr”in akademiyasında oynayır. Futbolçu daha əvvəl “Pozuelo”, “Yuventus” və “Real”ın akademiyalarında çıxış edib.

Избранный
0
2
msport.az

3Источники