AZ

Kriştianu Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisinə dəvət alıb

Bakı, 6 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun oğlu Kriştianu Junior ilk dəfə 15 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinə dəvət alıb.

AZƏRTAC xəbər verir ki, o, mayın 13-dən 18-dək Xorvatiyada keçiriləcək “Vlatko Markoviç” turnirində iştirak edəcək.

Portuqaliyalı futbolçular İngiltərə, Yaponiya, Yunanıstan və adı hələ açıqlanmayan bir komanda ilə qarşılaşacaqlar.

Qeyd edək ki, 14 yaşlı Kriştianu Junior hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun akademiyasında çıxış edir.

Seçilən
0
2
azertag.az

3Mənbələr