RU

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı artıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana kimyəvi maddəixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq,47 milyon 448 min 59 dollara çatdırıb.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycanakimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faizartaraq, 170 milyon 406 min 2 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəninkimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faizazalaraq, 10 milyon 385 min 725 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 2 milyon 615 min 2 dollarməbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayıilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025)Türkiyə 30 milyon 589 min 405 dollar məbləğində kimyəvi maddə ixracedib.

Məqalədə:
Избранный
0
13
az.trend.az

10Источники