AZ

Türkiyə 2025-ci ilin aprelində Azərbaycana elektrik avadanlığı ixracını artırıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana elektrikavadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6faiz artaraq, 15 milyon 237 min 10 dollara çatdırıb.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycanaelektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə6,2 faiz azalaraq, 61 milyon 593 min 30 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəninelektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə4,5 faiz artaraq, 5 milyon 380 min 310 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyon 382 min 382 dollarməbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilinmart ayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025)Türkiyə 16 milyon 900 min 317 dollar məbləğində elektrikavadanlıqları ixrac edib.

Məqalədə:
Seçilən
0
6
az.trend.az

10Mənbələr