Almaniyanın "Köln" klubunun hücumçusu Mark Ut 2024/25 mövsümünün sonunda karyerasını başa vuracaq.
Fanat.Az xəbər verir ki, bu barədə “qırmızı-ağlar”ın mətbuat xidməti məlumat yayıb.
33 yaşında butslarını mıxdan asmaq qərarına gələn forvard bu mövsüm zədələrdən əziyyət çəkib. Bu səbəbdən o, cəmi on matçda meydana çıxıb.
Futbol azarkeşləri Markı "Şalke", "Hoffenhaym" və "Herakles"dəki çıxışından tanıyır. Forvard həmçinin, Almaniya millisində də bir oyun keçirib. O, 2018-ci ildə Millətlər Liqasında Niderlandla matçda forma geyib.
Qeyd edək ki, "Köln" hazırda birinci Bundesliqaya yüksəlmək üçün mübarizə aparır. "Keçilər" 2-ci bundesliqada turnir cədvəlinin 2-ci pilləsində qərralaşır və çempionatın bitməsinə iki tur qalmış lider "Hamburq"dan cəmi 1 xal geri qalır.
Mirağa