RU

İmamoğlu diplomunun ləğvi ilə bağlı məhkəməyə müraciət etdi


Türkiyədə Silivri həbsxanasında saxlanılan Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu universitet diplomunun ləğvinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan sosial media hesabında açıqlama verib.
“Müvəkkilim Əkrəm İmamoğlunun 31 il əvvəl qanuni yolla aldığı universitet diplomu 18 mart 2025-ci ildə açıq şəkildə qanunun aliliyi prinsiplərinə zidd və inzibati səlahiyyətlərdən sui-istifadə edilərək ləğv edilib. Bütün universal hüquqi prinsiplərə, Konstitusiyaya və inzibati hüquqa zidd olan bu əməliyyatın ləğvi üçün bu gün, 6 may 2025-ci il tarixində İstanbul İnzibati Məhkəməsində iddia qaldırdıq”, - vəkil deyib.
Əkrəm İmamoğlu isə açılan iddia ilə bağlı sosial media hesabında 6 may 2019-cu il İstanbul seçkilərini qanunsuz ləğv edənlərin 35 illik diplomumu ləğv edərək, eyni qanunsuzluğu davam etdirməyə çalışdıqlarını bildirib.
Избранный
0
yeniavaz.com

1Источники