RU

"Onlar çalışırlar ki, Rusiyanı birbaşa günahlandıraraq yaranmış vəziyyətdən çıxış yolu tapsınlar" - AÇIQLAMA

"Onlar çalışırlar ki, Rusiyanı birbaşa günahlandıraraq yaranmış vəziyyətdən çıxış yolu tapsınlar" - AÇIQLAMA"Ermənistanda Rusiya əleyhinə ciddi kampaniya davam edir. Lakin Rusiya tərəfindən Ermənistana heç bir ciddi irad bildirilmir. Siyasi, iqtisadi, ideoloji, enerji və nəqliyyat müstəvisində hər hansısa məhdudiyyətlər qoyulmur. Ermənistanın siyasi elitası bundan istifadə edərək daha irəliyə gedir və bir sıra məsələlərdə Rusiyanı ittiham edir".

Bu sözləri Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan parlamentinin spikeri A. Simonyan da tez-tez Rusiyanı tənqid edənlər sırasındadır:

"O, növbəti dəfə də R.Koçaryanı "Rusiyanın casusu" adlandırıb. Çünki R. Koçaryan hakimiyyətdə olduğu illərdə Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər inkişaf etmişdi. Ermənistan öz təhlükəsizliyini, iqtisadi siyasətini, enerji və diplomatiyasını birbaşa olaraq Rusiya ilə tənzimləyirdi. Bu gün də Ermənistanın siyasi elitası Rusiya ilə vaxtilə qurulmuş iqtisadi bağlardan xilas olmaq istəyir. Lakin buna nail ola bilmir. Elə buna görə də Ermənistan parlamentinin rəhbəri Ermənistanın keçmiş prezidentini "Rusiyanın casusu" adlandırır. Hesab edirəm ki, burada birbaşa olaraq Rusiyaya bağlı olan şəxslərin hədəfə alınması Ermənistanın həlledici fiqurlarının da, sanki, öhdəliyidir. Onlar çalışırlar ki, Rusiyanı birbaşa günahlandıraraq yaranmış vəziyyətdən çıxış yolu tapsınlar".

Vüsalə İbrahimli

Избранный
0
sonxeber.az

1Источники