RU

Moskva parada qatılacaq liderlərin siyahısını bu gün açıqlanacaq

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov 9 May Qələbə paradında iştirak üçün Moskvaya gələcək xarici qonaqların siyahısını açıqlayacaq.

Herbiand.az “Kommersant”a istinadən xəbər verir ki, Kreml bəyan etmişdi ki, paradda 20-dən çox dövlət və hökumət başçısının iştirak edəcəyini gözləyir.

Dəvət olunan qonaqlar arasında Hindistanın baş naziri Narendra Modi və Serbiyanın baş naziri Aleksandr Vuçiçin də adları vardı. Ötən həftə Modinin iştirak etməyəcəyi və tədbirdə onun yerini Hindistan nümayəndəsinin tutacağı məlum oldu. Vuçiç mayın 3-də ABŞ-a səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq dayandırıb. Belqrada qayıtdıqdan sonra o, xəstəxanaya yerləşdirilib. Bu səbəbdən onun Rusiya paytaxtına səfəri sual altında qalır.

Избранный
0
3
herbiand.az

4Источники