RU

Donçiç 5 min dollar ianə etdi

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Leykers”in oyun qurucusu Luka Donçiç klubun əfsanəsi Kobi Brayantın şərəfinə Los-Ancelesdə qoyulan muralın (memarlıq tikililərinin divarlarında monumental rəsm növü – red.) bərpası üçün böyük məbləğdə ianə edib. "Football-plus.az" xəbər verir ki, bir müddət əvvəl vandallar qızı Cici ilə birgə təsvir olunan mərhum basketbolçunun muralını murdarlayıb və korlayıb. Donçiç divarın bəroa olunması üçün 5 min dollar ayırıb:

“Kobi Los-Ancelesdi. Onun və Cicinin bu şəhər, “Leykers” və şəxsən mənim üçün dəyəri böyükdü. Onların xatirəsini yad etmək üçün hər şey etməyə hazıram”.

Brayant və qızı 2020-ci ildə helikopter qəzasında faciəvi şəkildə həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники