ain.az, Ayna saytına istinadən bildirir.
“Səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı aviareysləri açılıb”
Gündəlik Tehran-Bakı aviareysləri açılıb. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Möhecerani deyib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
“Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı aviareysləri açılıb”, - Möhecerani vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.