Bu barədə APA-nın sorğusuna cavab olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Metyu Saltmarş bildirib.
O qeyd edib ki, BMT Azərbaycan Hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığını yüksək qiymətləndirir və bu müddət ərzində BMT Azərbaycanda əsas inkişaf prioritetlərinin irəlilədilməsini dəstəkləyib:
“UNHCR bütün tərəfdaşlar və donorlarla məsləhətləşmələr aparmaqla öz fəaliyyətinin məsuliyyətli şəkildə başa çatdırılmasını təmin etməyə sadiqdir”.