RU

İssık-Kulun sirri

No
Qarakilsəli Məhəmməd İsa oğlu

Kunqay-Alatau sıra dağlarında gözəl mənzərəsi ilə məşhur olan İssık-Kul gölünü ilk dəfə kəşf edən səyahətçi sevindi, həyəcanlandı və kəşfinə görə özünə minnətdar oldu.

İssık-Kul gölü özünün göy yaquta bənzər suyu ilə Avropada olan Cenevrə gölü ilə rəqabət apara bilər. İssık-Kul gölünün sahəsi Cenevrə gölündən 5 dəfə böyükdür.

Bir əsr yarım bundan əvvəl yaşayan ilk avropalı, İssık-Kul gölünü görən görkəmli rus alimi və səyahətçisi P.P.Semenov Tyan-Şanski beləyazıbdır ki, burada olan mənzərəni heç nə ilə tutuşdurmaq olmaz, hansı ki, Cenevrə gölündə yoxdur. İssık-Kul gölünü yalnız Qırğızıstanın deyil, bütün Türküstanın mirvarisi adlandırmaq olar.

İssık-Kul gölü Tyanşan dağlarının ürəyində (mərkəzində), dəniz səviyyəsindən 1600 metr hündürlüyündə yerləşir. Gölün dərinliyi 700 metrdir. Yalnız Baykal və Xəzər dənizinin dərinliyi İssık-Kul gölündən dərindir.

Şimaldan hündürlüyü 4800 metr olan Kunqay-Alatau dağından cənubda isə hündürlüyü 5000 metr olan Terskay-Alatau dağından İssık-Kul gölünün üzərinə pudralanmış qar səpələnir. Bu sıra dağlar Qərb və Şərq tərəfdən birləşərək qapalı dağ arası çuxur əmələ gətiriblər. Həmin çuxurun mərkəzində İssık-Kul gölü yerləşir.

Qırğızlar İssık-Kul gölünü “İsti göl” adlandırırlar. Çünki çox sərt olan qışda da gölün suyu donmur. Yayda suyun istiliyi 20 dərəcə olur.

İssık-Kul gölünün çimərliyi gözəlliyinə görə Baltikyanı ölkələrin çimərliyindən geri qalmır. Öz ölçüsünə görə İssık-Kul gölü yüksək dağlıq yerdə olan göllər içərisində Cənubi Amerikada olan “Titika” gölündən sonra ikinci yerdədir. Bu gölə 80-ə yaxın çay axıb tökülür, ancaq heç bir çay axıb getmir. Buxarlanma nəticəsində çaylarda olan duzlar gölə yığılır. Nəticədə gölün suyu şortəhər olur. Heyvanlar onu içirlər, turistlər həmin sudan şorba bişirirlər. İqlim və bitki aləmi İssık-Kul gölü yerləşən çuxurda özünün füsünkar mənzərəsi ilə səyahətçiləri təəccübləndirir. 2 kilometr hündürlükdə Tyanşan küknar meşəsi, 3 kilometr hündürlüyündə isə subalp çimərliyi vardır. Ondan yuxarıda isə zambaq, sarımtıl çiçəklər və müxtəlif bitkilər yetişir. Gölə düşən yağıntının miqdarı əsən küləklərin istiqamətindən asılıdır. Gölün sağ tərəfinə yağan yağıntının miqdarı qərb tərəfdə yağıntıdan 6 dəfə çoxdur.

İssık-Kul gölünun ətrafında heyvanat aləmi özünə məxsusluğu ilə seçilir. Səhraya aid olan heyvanlar - ərəb dovşanı və ceyranlar gölün qərb hissəsində yaşayır. Şərq tərəfdə dağ yamacında ən çox sümbülqıran gəmiricilər yayılıb. Dağ meşəsində cüyür, yırtıcılardan boz Himalay ayısı, canavar və vaşaq cinsləri məskən salıb. Yüksəklikdə vəhşi dağ keçisi, dağ qoçu və onların əsas düşməni olan qarlı dağ bəbirinə rast gəlinir. Yüksək dağlıq ərazidə çəkisi 8 kiloqram olan gəmiricilər yaşayır. Yuvaları bir-biri ilə uzunluğu 15 metr olan yollarda birləşir. İlin 8 ayını yatırlar, onların yataq yerləri, anbarı və ayaqyolu da var.

İssık-Kul gölü ətrafında kifayət qədər qeyri-adi quşlar, sığırçınlar, sərçələrlə yanaşı, hop-hop, çaytikanı kollarında qırqovul yaşayır. Qışda göl donmadığına görə çoxlu ördək, qaz və qu quşları uçub gəlir. Dağın zirvəsində çox böyük keçəl kərkəs, qartal cinsindən olan yırtıcı Berkut, daşlıq ərazidə kəklik və dolaşa olur.

İssık-Kul gölünə şimaldan, dağətəyi düzənlikdən, dar qayalıq dərədən gurultu ilə çox sulu Çu şayı axır. Çayın uzunluğu 30 kilometrdir. Bu çay Tyanşan dağından axıb gəlir. Gölə 3 kilometr qalanda gözlənilmədən cənub tərəfə dönür və Boam dağ dərəsi ilə aşağıya, geniş sahəyə Çuy vadisinə yayılır. Çuy vadisi Qırğızıstanın pambıq xəzinəsidir. İssık-Kul gölünün təmiz suyunda suf və çəki balıqları vardır. 1980-ci ildə Sevan gölündən alabalıq gətirdilər, balıqlar yeni mühitə uyğunlaşdılar və çəkilərinə görə öz vətənlərindən də ağır oldular.

Məşhur coğrafiyaşünas və səhayətçi, akademik Berq demişdir ki, İssık-Kul gölünun unudulmaz gözəlliyi vardır. 7815 kilometr yol gedən səyahətçi və tədqiqatçı N.M.Prjelavski 1888-ci ildə İssık-Kul gölünə gəldi və burada qarın yatalağı xəstəliyindən 49 yaşında vəfat etdi. Özünün vəsiyyətinə gözə onu öz paltarında dəfn etdilər. Gölün sahilində tuncdan hazırlanmış qartal şəkilli abidə indi də qalmaqdadır. Onun üzərinə sadəcə olaraq yazılmışdır: “Səyahətçi Prjelavski”.

Избранный
0
turkustan.az

1Источники