RU

Arsen Venger UEFA-nın avrokuboklardakı qaydaları ilə razı deyil

İngiltərənin "Arsenal" komandasının sabiq baş məşqçisi Arsen Venger UEFA-nın avrokuboklardakı qaydaları ilə razı deyil.

"Report" xəbər verir ki, 75 yaşlı mütəxəssis bu barədə "BeIN Sports"a açıqlamasında bildirib.

O, Avropa Liqasının qalibinin avtomatik olaraq Avropa Liqasına vəsiqə qazanmasının düzgün qərar olmadığını söyləyib:

"Bu komanda Avropa Liqasına vəsiqə əldə etməlidir, Çempionlar Liqasına yox. Nəzərə alaq ki, artıq İngiltərə Premyer Liqasından 5 klub iştirak hüququ əldə edəcək. Məncə, UEFA bu məsələyə yenidən baxmalıdır. Lakin onlar deyəcəklər ki, Avropa Liqasını maraqlı və mənalı etmək üçün bu addımı atıblar".

Qeyd edək ki, Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərə təmsilçilərindən "Tottenhem" Norveçin "Budyo-Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. "Mançester Yunayted" isə İspaniyada "Atletik"dən üstün olub - 3:0.

Избранный
0
report.az

1Источники