ABŞ Müdafiə Nazirliyi ordu strukturunu sadələşdirmək və səmərəliliyi artırmaq üçün general və admiralların sayını 20 faiz azaltmaq qərarına gəlib.
Editor.az xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset məlumat verib.
Nazirlikdən verilən yazılı açıqlamada ordunun çəkindirmə və döyüş qabiliyyətinin qorunub saxlanılması üçün rəhbərlik strukturunun sadələşdirilməli olduğu bildirilib.
Bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.
//Gülnarə Abasova, Editor.az