RU

Xaçmazda VAZ la Kia toqquşdu Xəsarət alanlar var (FOTOLAR)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Mayın 6-da səhər saatlarında Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, şəhərin M.Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində “VAZ 21015” və “Kia” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı avtomobillərdə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
5
icma.az

8Источники