RU

Avropalılar və amerikalılar 5 ildən sonra yeni dünya müharibəsini gözləyirlər

Guardian: Avropalıların və amerikalıların demək olar ki, yarısı 5 ildən sonra dünya müharibəsi olacağına inanırlar...

Avropa ölkələri və ABŞ sakinlərinin təxminən yarısı yeni dünya müharibəsinin beş-on ildən sonra başlayacağına inanır.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti “YouGov” təşkilatının sorğusunun məlumatlarına istinadən yazır. Sorğuda iştirak edənlər belə bir münaqişədə nüvə silahından istifadəni istisna etməyiblər.

“Beş Avropa ölkəsində - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin çox və ya kifayət qədər böyük ehtimal olacağına inandıqlarını bildiriblər. Bu nöqteyi-nəzəri amerikalıların 45%-i bölüşür”, deyə nəşr yazır. ABŞ-də respondentlərin 45%-i, Böyük Britaniyada 41%-i, Fransada 55%-i bu fikirdədir.

Qeyd olunur ki, yuxarıda adı çəkilən Avropa ölkələri və ABŞ-də respondentlərin əksəriyyəti (68%-dən 76%-ə qədər) hesab edir ki, istənilən yeni münaqişə nüvə silahından istifadəni əhatə edəcək.

Sorğu “YouGov” təşkilatı tərəfindən 3-16 aprel tarixlərində keçirilib. Respondentlərin sayı verilmir. Sosioloji araşdırmanın səhvləri barədə də məlumat qeyd edilmir.

Poliqon.info

Избранный
0
5
poliqon.info

6Источники