RU

Ən bahalı aviabilet: Bodruma 1 milyona bilet satıldı

Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü üçün indiyə qədər alınmış ən bahalı təyyarə bileti rusiyalı sərnişinə avtomobilin qiymətinə başa gəlib. “Kupibilet” bilet satış platformasının məlumatına görə, bir sərnişin Türkiyənin Bodrum-Milas hava limanına birtərəfli bilet üçün düz 1 milyon 17 min rubl (təxminən 11 min dollar) ödəyib. “Bu məbləğə 2024-cü il “Lada Granta” avtomobili almaq olar”, - deyə Lenta.ru şərh edib. Ehtimal olunur ki, bilet “son anda” Türk Hava Yollarından biznes klass kimi alınıb.

Hafta.az-ın yazdığına görə, yayın ən bahalı biletləri siyahısında ikinci yerdə 978 min 340 rubla Şri-Lankanın paytaxtı Kolomboya uçuş olub.

Üçüncü yerdə qərarlaşan Çinin Kunminq şəhərinə biletin qiyməti 909 min 851 rubl olub.

Bu siyahıya Maldiv adaları (718 min rubl) və İspaniyanın Barselona şəhəri (646 min rubl) kimi istiqamətlər də daxil edilib.

2024-cü ildə yay mövsümünün rekordu Maldiv adalarına 2 milyon 73 min 472 rubla (təxminən 22 min dollar) satılan biletlə yenilənib.

Aviabiletlərin qiymətləri bu qədər artdıqdan sonra Rusiyanın baş naziri Mixail Mişustin Federal Rəqabət Xidmətinə yay mövsümündə biletlərin qiymətlərinin dövlət nəzarətinə götürülməsi barədə göstəriş verib.

Избранный
0
hafta.az

1Источники