İranda Azərbaycan səfirliyinə hücum acı bir hadisə idi.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, geniş istintaq aparıldı, tədqiqatlar getdi: "Bu, hər iki millət üçün acı hadisə idi. İki dövlət və iki xalq bir-biri ilə təmaslarını yaxınlaşdırdılar. Gərək məhkəmə başa çata və verilən hökm əsasında icra həyata keçirilə. Əminəm ki, nəticədə ədalət yerini tapacaq".