Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində hər il ənənəvi keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə hazırlanan stendə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.
Azərbaycan musiqi alətləri, musiqisi, tarixi abidələri, milli rəqsləri və milli geyimləri iştirakçıların marağına səbəb olmuşdur. Fireland rəqs qrupunun və həmçinin Belçikada təhsil alan azərbaycanlı gənclərin rəqs nömrələri böyük maraqla qarşılanmış, festival iştirakçılarının da rəqs etməsinə səbəb olmuşdur.
Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunmuşdur. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırmışdır. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.
Azərbaycan musiqisi, milli rəqslər və təamlar Azərbaycan stendini ən çox izlənən stend etmişdir. Tədbirin təhlükəsizlik işlərinə nəzarət edən polis idarəsi sonda təşkilatçılara öz təəssüratını bildirərək qeyd edib
“Ən çox izlənən stend Azərbaycan stendi oldu, dəfələrlə izdihamın səbəbini öyrənmək üçün stendinizə yaxınlaşmalı olduq”.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspora təşkilatlardan yüzlərlə stendlər quraşdırılır. Artıq iki ildir ki, Fireland Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.
Günel
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.