RU

Türkiyənin yeni nəsil "Kaan" qırıcılarının hazırlanması üzrə sürətləndirilmiş iş aparılır

Bakı. Trend:

Türkiyənin TUSAS şirkəti beşinci nəsil “Kaan” qırıcılarınınhazırlanması üzərində aparılan işləri sürətləndirəcək. Plana əsasənartıq 2028-ci ildən Türkiyə Hərbi Hava Qüvvələrinin bu hərbitəyyarə ilə təchiz olunması nəzərdə tutulub.

Trend xəbər verirki, bu haqda “Defense News” məlumat yayıb.

TUSAS baş direktoru Mustafa Demiroğlu bildirib ki, hal-hazırdaqırıcının ikinci və üçüncü prototipinin yığılması üzərində işləraparılır. Sınaqlarda ümumilikdə 4 prototipdən istifadə oluncaq.

İkinci prototipin hazırlanması artıq gələn ilin əvvəlinə qədərbaşa çatdırılmalıdır.

Qeyd edək ki, “Kaan” qırıcısının prototipləri və ilk partiyasıAmerikanın “General Electric F110” mühərrikləri ilə təchizolunacaq. Qırıcılar Türkiyə ordusunun köhnəlmiş “F-4E Phantom” və“F-16 Fighting Falcon” hərbi reaktiv təyyarələrini əvəz edəcək.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники