RU

Peruda oğurlandığı iddia edilən 13 mədən mühafizəçisinin meyiti tapılıb

Perunun şimalındakı La-Libertad rayonunda oğurlandığı bildirilən 13 mədən mühafizəçisinin meyiti aşkarlanıb.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Mədənin aid olduğu şirkət qeyd edib ki, hadisə cinayətkarların şaxtaya nəzarəti ələ keçirmək məqsədilə hücum etməsindən sonra baş verib.

Məsələ ilə bağlı həlak olanların ailələrinin şikayəti əsasında hökumət orqanlarına müraciət edilib və şirkət hakimiyyət orqanlarını tez bir zamanda bu hadisə ilə bağlı tədbir görməyə çağırıb.

Избранный
0
2
apa.az

3Источники